01:58 25 Fevral 2018
Canlı yayım
Aydın Mirzəzadə - millət vəkili

Millət vəkili: hədəfdə Azərbaycan-Türkiyə dostluğudur

© Foto: REPORT
XƏBƏRLƏR
Qısa URL
2201

Aydın Mirzəzadə: Bütün dünya Türkiyənin dərdinin Azərbaycanın dərdi, onların uğurunun da uğurumuz olduğunu bilməlidir.

BAKI, 15 mart — Sputnik. Son zamanlar Ankarada baş verən terror hadisələrinin məhz Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi heç də təsadüfi deyil.

Sputnik xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili deyib ki, bunun özü bir daha göstərir ki, hədəfdə tək Türkiyə yox, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğudur. Görünən odur ki, müəyyən dairələr iki ölkənin dostluğundan çox narahatdır. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün təxirə salınmaması üçün özünün Türkiyəyə səfər etməsini təklif etməsi çox müsbət qarşılandı, Türkiyənin aparıcı mətbuat orqanlarında geniş işıqlandırıldı. 

Aydın Mirzəzadə qeyd edib ki, bütün dünya Türkiyənin dərdinin Azərbaycanın dərdi, onların uğurunun da uğurumuz olduğunu bilməlidir. Heç kim unutmamalıdır ki, Azərbaycan hər zaman Türkiyənin yanında olacaq.

Əsas mövzular