03:52 25 Fevral 2018
Canlı yayım
Rus qırıcısı

Rus əsgərləri Suriyanı tərk etməyə başlayıblar

© wikimedia.org
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Kreml rəhbərinin dünənki əmrinə əsasən, rus hərbi birliklərinin Suriya ərazisindən çıxarılmasına başlanıb. BMT Putinin qərarını alqışlayıb, İran müsbət addım kimi dəyərləndirib, suriyalı müxaliflər isə gözləmə mövqeyindədirlər.

BAKI, 15 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putinin əmrinə əsasən, bu gündən başlayaraq, rus hərbi qüvvələrinin bir hissəsi Suriyadan çəkilməyə başlayıb. Rusiyanın bu qərarı BMT tərəfindən məmnuniyyətlə qarşılanıb.

Sputnik NTV-yə istinadən xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan kadrlarda, əsgərlərin hərbi texnika ilə birlikdə Suriyadan çəkilməyə hazırlaşdıqları əks olunur. Suriyanın Latakiya şəhərində yerləşən rus hərbi bazasındakı ordu birlikləri, zirehli vasitələri hərbi yük təyyarələrinə daşıyarkən görüntülənib. Eyni vəziyyəti Hmeymim hərbi bazasına da aid etmək olar. Burada da əsgərlər ağır hərbi texniki vasitələri təyyarələrə daşıyırlar.

Putinin rus əsgərlərini Suriyadan çəkmə qərarı ilə bağlı BMT Təhlükəsizlik Şurasından da açıqlama gəlib. Şuranın sədri İsmayıl Qaspar Martins, Rusiyanın qərarını "müsbət bir addım" olaraq xarakterizə edərək, "Görmək istədiyimiz şey bu idi" deyib.

Suriyalı müxaliflər isə, Putinin çəkilmə qərarına təmkinlə yanaşıb. Cenevrədə suriyalı müxaliflər adına danışıqlar aparan heyətin rəhbəri Monzer Makhous, "çəkilmə çərçivəsini və müddətini görmək üçün bir az gözləmək lazımdır" deyib.

Digər bir açıqlama isə İrandan gəlib. Xarici işlər naziri Cavad Zərif, Rusiyanın atdığı addımın atəşkəs üçün müsbət siqnal olduğunu bildirib.

Əlaqədar

Putin Obamanı rus aviasiyasının Suriyadan çıxdığına dair məlumatlandırdı
Avropa Parlamenti Vladimir Putinə qarşı yeni sanksiyalar tələb edir
Suriya iqtidarı və müxalifəti bu gün Cenevrədə görüşəcək
Suriyadan atılan mərmilər Türkiyə ərazisinə düşüb
Teqlər:
aviasiya, rus ordusu, Vladimir Putin, Suriya, BMT

Əsas mövzular