Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus əsgərləri Suriyanı tərk etməyə başlayıblar

© AP Photo / Selcan HacaogluRus qırıcısı
Rus qırıcısı - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml rəhbərinin dünənki əmrinə əsasən, rus hərbi birliklərinin Suriya ərazisindən çıxarılmasına başlanıb. BMT Putinin qərarını alqışlayıb, İran müsbət addım kimi dəyərləndirib, suriyalı müxaliflər isə gözləmə mövqeyindədirlər.

BAKI, 15 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putinin əmrinə əsasən, bu gündən başlayaraq, rus hərbi qüvvələrinin bir hissəsi Suriyadan çəkilməyə başlayıb. Rusiyanın bu qərarı BMT tərəfindən məmnuniyyətlə qarşılanıb.

Президент РФ В. Путин встретился с министрами иностранных дел и обороны С. Лавровым и С. Шойгу - Sputnik Azərbaycan
RUSİYA
Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib

Sputnik NTV-yə istinadən xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan kadrlarda, əsgərlərin hərbi texnika ilə birlikdə Suriyadan çəkilməyə hazırlaşdıqları əks olunur. Suriyanın Latakiya şəhərində yerləşən rus hərbi bazasındakı ordu birlikləri, zirehli vasitələri hərbi yük təyyarələrinə daşıyarkən görüntülənib. Eyni vəziyyəti Hmeymim hərbi bazasına da aid etmək olar. Burada da əsgərlər ağır hərbi texniki vasitələri təyyarələrə daşıyırlar.

Putinin rus əsgərlərini Suriyadan çəkmə qərarı ilə bağlı BMT Təhlükəsizlik Şurasından da açıqlama gəlib. Şuranın sədri İsmayıl Qaspar Martins, Rusiyanın qərarını "müsbət bir addım" olaraq xarakterizə edərək, "Görmək istədiyimiz şey bu idi" deyib.

Suriyalı müxaliflər isə, Putinin çəkilmə qərarına təmkinlə yanaşıb. Cenevrədə suriyalı müxaliflər adına danışıqlar aparan heyətin rəhbəri Monzer Makhous, "çəkilmə çərçivəsini və müddətini görmək üçün bir az gözləmək lazımdır" deyib.

Digər bir açıqlama isə İrandan gəlib. Xarici işlər naziri Cavad Zərif, Rusiyanın atdığı addımın atəşkəs üçün müsbət siqnal olduğunu bildirib.

Xəbər lenti
0