TQDK bu ilki qəbul imtahanlarının tarixini açıqlayıb

© Photo : REPORTAli məktəblərə qəbul imtahanı. Arxiv şəkli
Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 23 fev-Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ümumtəhsil müəssisələrini bitirən şagirdlərin, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şəxslərin nəzərinə bu il keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb. 

Sputnik-in məlumatına görə, bu barədə TQDK-nın saytında ətraflı məlumat yer alıb.

TQDK hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) tövsiyə edir ki, təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımı işləri vaxtında həyata keçirsinlər.

Xəbər lenti
0