01:01 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
25 0 0

"Air İndia"ya məxsus "Aİ 130" tipli təyyarədə 229 nəfər sərnişin olub.

BAKI, 25 yan-Sputnik. Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

"Air İndia"ya məxsus "Aİ 130" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

Əlaqədar

Gəncə-Naxçıvan reysi üzrə təyyarə bileti bahalaşdı
İranda təyyarə avtomobillə toqquşdu
Türkiyə-Suriya sərhəddində hərbi təyyarə qəzaya uğrayıb
İstanbuldan Gəncəyə gələn təyyarə havada qalıb
Günəş enerjisi ilə işləyən təyyarə məcburi eniş edib
Teqlər:
Təyyarə, Mumbai, Heydər Əliyev adına Hava limanı, Heydər Əliyev, Air İndia

Əsas mövzular