ABŞ-da 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb

© AFP 2023 / Brendan SmialowskiABŞ polisi
ABŞ polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumiyyətlə, ABŞ-da son 10 ildə silahlı hücumlar nəticəsində təxminən 300 min nəfər həyatını itirib.

Bakı, 3 yan — Sputnik. Amerika Birləşmiş Ştatlarında (ABŞ) 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb. Bu hadisələrdə 13 min 312 nəfər həyatını itirib, təxminən 27 min nəfər yaralanıb.

Sputnik TRT telekanalına istinadla xəbər verir ki, 2016-cı ilin ilk günlərində isə 95 silahlı hücum qeydə alınıb. Həmin hücumlarda 30 nəfər ölüb, 75 nəfər yaralanıb. Federal təşkilatların məlumatlarına görə, ölkə daxilində yaşanan silahlı hücumlarda ölənlərin 6-sı azyaşlı olub. Milad günündə törədilən silahlı hücumlarda 27 nəfər həyatını itirib, 63 nəfər yaralanıb.

Ümumiyyətlə, ABŞ-da son 10 ildə silahlı hücumlar nəticəsində təxminən 300 min nəfər həyatını itirib.

ABŞ prezidenti Barak Obama ölkədəki silahlı hücumlara son qoyulmasını istəyir. Silahlı hücumların qarşısının alınmasının çətin olduğunu hər fürsətdə dilə gətirən Obama, fərdi silahlanmağa qarşı tədbirlər görülməsi barədə çağırış edib.

Xəbər lenti
0