11:37 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
60

Müşfiq Ələsgərli: "Bu sahədə qanunvericiliyin sərtləşdirilməsi çox vacibdir, çünki..."

BAKI, 18 dek-Sputnik. Azərbaycanda kütləvi informasiya vasitələrinə qeyri-qanuni sponsurluq edənlərə qarşı cərimələr şərtləşir. Bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Məcəllə layihəsinin 386-cı maddəsinə əsasən, kütləvi informasiya vasitələrinə, o cümlədən, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasına sponsorluqla bağlı "Teleradio və radio yayımı haqqında" qanunun və "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələblərinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək, hüquqi şəxslər isə 8000 manatdan 10000 manatadək miqdarda cərimə ediləcəklər. Məcəllə layihəsi qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Cərimələrin artmasının KİV-ə təsiri məsələsini Mətbut Şurasının Reket jurnalistikayla mübarizə komissiyasının sədri Müşfiq Ələsgərli Sputnik-ə şərh edib.

"İnzibati Xətalar Məcəlləsində KİV-lə bağlı bir sıra yeniliklər edilib. Bundan əvvəl, jurnalist adından sui-istifadə ilə bağlı 387-ci maddə əlavə olunmuşdu. İndi isə digər yenilik sponsorluq ilə bağlıdır. Əslində "KİV haqqında" qanunda da bu məsələ əksini tapıb. Əgər kimsə KİV-ə sponsorluq edirsə, auditoriyaya sponsor barədə dəqiq məlumat verilməlidir. Bu, xüsusilə yeni media quruluşlarına aiddir. Yəni, fəaliyyət göstərirlər, maliyyələri var, amma şəffaf deyillər. Bu maliyyə haradan gəlir, necə maliyyələşirlər, necə fəaliyyət göstərirlər, bu barədə açıqlama verilmir. Ona görə də, bu sahədə qanunvericiliyin sərtləşməsi çox vacib amildir" — deyə Ələsgərli bildirib.

Komissiya sədri hesab edir ki, bu dəyişiklik KİV sahəsində səliqə-sahmanın yaradılmasına çox ciddi dəstək verəcək: "Məsələ nədədir? Çox vaxt elə hadisələr olur (məsələn, milli təhlükəsizliklə bağlı informasiyaların yayılması və s.), burada ümumi Azərbaycan mediası qınanır, deyilir ki, Azərbaycan mediası bu səhvə yol verib. Amma bunlar bütövlükdə Azərbaycan mediası deyil, ayrı-ayrı KİV-lərdir. Araşdıranda da məlum olur ki, bu KİV-lərin əksəriyyəti, normal KİV-lər deyillər. Bunların kimlər tərəfindən yaradılması, maliyyələşdirilməsi və s. məsələlərdə şəffaflıq yoxdur. Ona görə hesab edirəm ki, bu cür KİV-lərin müəyyənləşməsi, barələrində ölçü götürülməsi üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik çox vacib məqamdır. Zənnimcə, bu, problemin həllinə ciddi şəkildə təsir göstərəcək".

Teqlər:
KİV, Reket jurnalistika, Mətbut Şurası, İnzibati Xətalar Məcəlləsi, Müşfiq Ələsgərli, Azərbaycan

Əsas mövzular