16:20 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
87 0 0

Havanın temperaturu xeyli aşağı düşəcək.

BAKI, 13 dek-Sputnik. Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində səhər və gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, zəif duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Teqlər:
Bakı və Abşeron yarımadası, Abşeron, Bakı, çiskin, yağıntı, külək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Azərbaycan

Əsas mövzular