11:15 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
28110

Azərbaycanlılara məxsus tarixi məscidin binasından İran mədəniyyət mərkəzi kimi istifadə edəcək.

BAKI, 10 dek-Sputnik. Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib.

Bu barədə Ermənistanın News Armenia (Novosti Armenii) analitin informasiya agentliyi xəbər verib.

Məlumata görə, məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq.

Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq.

Məscidin binası İranın mədəniyyət mərkəzi kimi istifadə ediləcək.

Göy məscid İrəvanda yaşamış azərbaycanlılara məxsus olub.

Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli Xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub.

Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi.

1995-2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Teqlər:
İran İslam Respublikası, Novosti Armenii, News Armenia, Çar, İrəvan xanı Hüseynəli Xan, Göy Məscid, İrəvan, İran, Ermənistan

Əsas mövzular