05:41 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Silah

Nardaranda torpağa basdırılmış silahlar aşkarlanıb

CC0 / WolfBlur / pistol
XƏBƏRLƏR
Qısa URL
56 0 0

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış silahlar tapılıb.

BAKI, 3 dek-Sputnik. Bakının Nardaran qəsəbəsində silah-sursat tapılıb.

Sputnik Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş "AKM" markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş "Revolver" tipli tapança tapılıb.

Silahlar müsadirə edilib.

Teqlər:
polis, patron, AKM, Revolver, Sabunçu rayon Polis İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Daxili İşlər Nazirliyi, Nardaran qəsəbəsi, Nardaran

Əsas mövzular