18:33 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3711

Azay Quliyev ABŞ nümayəndələrinə "Qrant haqqında" qanuna edilmiş əlavə və dəyişiklərin mahiyyəti haqqında məlumat verib və onların suallarını cavablandırıb.

BAKI, 25 noy — Sputnik. Xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.

Sputnik xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının prezidenti Azay Quliyev ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski ilə görüşündə səsləndirib.

QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüş keçirilib.
Alina Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib.

Azay Quliyev "Qrant haqqında" qanuna edilmiş əlavə və dəyişiklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Şura sədri ABŞ-ın Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb. Azay Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.

ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski qeyd edib ki, Vaşınqton Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. "Ağ Ev bu yardımları Qarabağın defakto hakimiyyətinə deyil, layihələri icra edən qurumlara verir. ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa göstərdiyi yardım yalnız ərazilərin minalardan təmizlənməsi məqsədilə edilir və həmin ərazilər torpaqlar minalardan tam təmizlənənədək davam edəcək.

USAİD-nin ölkə üzrə direktoru Mikela Merdiç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib.
Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

Teqlər:
Avrasiya, Avropa, Ağ ev, Qarabağ, ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru Mikela Merediç, ABŞ-ın Avropa və Avrasiyaya yardımı üzrə koordinatoru Alina Romanovski, "Qrant haqqında" qanun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azay Quliyev, ABŞ, Azərbaycan

Əsas mövzular