07:31 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
XƏBƏRLƏR
Qısa URL
1401

Prezident Hadi Mansurun BMT baş katibi Ban Ki Muna yazdığı mǝktubunda, husilǝr və Saleh tǝrǝfdarlarının sülhün əldə olunmasında ciddi olmadıqları bildirilib. Məktubda, Taiz şəhərində dinc ǝhaliyǝ qarşı işlǝnilən hǝrbi cinayətlərdən bəhs edilir.

BAKI, 23 okt – Sputnik. Yǝmǝn hökumǝti BMT-dǝn ölkəyə təcili müdaxilə etməsini istəyib. Hökumət buna səbəb kimi, husilǝr ilǝ sabiq prezident Әli Abdullah Saleh tǝrǝfdarlarının işlǝdiyi “hǝrbi cinayətləri” göstərib.

Ölkənin rǝsmi xǝbǝr agentliyi SABA-nın verdiyi mǝlumata görǝ, hazırki prezident Hadi Mansurun BMT baş katibi Ban Ki Muna yazdığı mǝktubunda, husilǝr və Saleh tǝrǝfdarlarının sülhün əldə olunmasında ciddi olmadıqları bildirilib. Məktubda, Taiz şəhərində dinc ǝhaliyǝ qarşı işlǝnilən hǝrbi cinayətlərdən bəhs edilir. 

“Husilərin cinayətlərinə göz yumduqları üçün günahkar beynəlxalq ictimaiyyətdir. Bu mǝktub BMT Tǝhlükǝsizlik Şurasının bütün üzvlǝrinǝ tǝqdim edilsin vǝ belǝliklǝ insan haqları vǝ beynǝlxalq hüququn pozulması qarşısında birgǝ addımlar atılsın” deyə məktubun sonunda vurğulanır. 

Sputnik, yerli mǝnbǝlǝrə istinadən xəbər verir ki, husilǝrin Taiz şəhərinə hücumları nəticəsində 27 nəfər dinc sakin həyatını itirib, yüzlərlə insan yaralanıb. 


Əsas mövzular