04:21 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14101

ABŞ-ın xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın elektron poçtunun məktəbli tərəfindən sındırıldığını yoxlayır.

BAKI, 20 okt — Sputnik. ABŞ-ın xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın (Director of the CIA John Brennan) elektron poçtunun məktəbli tərəfindən sındırıldığını yoxlayır.

Sputnik xəbər verir ki, BBC yeniyetmənin şəxsiyyəti barədə məlumatın verilmədiyini bildirib.

Məlumatda qeyd olunub ki, məktəblinin "Twitter" səhifəsində C.Brenannın ünsiyyətdə olduğu şəxslərin siyahısı, telefon nömrələri və hətta şəxsi sığorta şəhadətnaməsinin nömrəsi yerləşdirilib.

Mərkəzi Kəşfiyyat İdarəsi istintaq tədbirlərinin keçirilməsini etiraf etsə də, poçtun sındırılması faktını təsdiqləməyib.

Bununla belə, "Nyu York Post" (The New York Post) qəzeti ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Consona (Jay Johnson) məxsus elektron poçtun da yeniyetmə haker tərəfindən sındırıldığını iddia edir.

Teqlər:
Jay Johnson, The New York Post, Twitter, Director of the CIA John Brennan, CIA, MKİ, Con Brennan (John O. Brennan), ABŞ

Əsas mövzular