https://sputnik.az/20210924/istirahet-gunlerinin-havasi-428006620.html
Payız gerçəklədi: dağlarda sulu qar gözlənilir
Payız gerçəklədi: dağlarda sulu qar gözlənilir
Sputnik Azərbaycan
Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kür vadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T15:28+0400
2021-09-24T15:28+0400
2021-11-17T00:05+0400
cəmiyyət
xəbərlər
hava
sulu qar
dağlıq ərazi
bakı
hava proqnozu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41948/81/419488190_0:0:2000:1130_1920x0_80_0_0_582b6458edff72a7206ea3be6bdfd3df.jpg
BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Yağış gündüz tədricən kəsiləcək.Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41948/81/419488190_0:0:2000:1258_1920x0_80_0_0_74c8d8b9ee084a161263b0add242b235.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, hava, sulu qar, dağlıq ərazi, bakı, hava proqnozu, azərbaycan
xəbərlər, hava, sulu qar, dağlıq ərazi, bakı, hava proqnozu, azərbaycan
Payız gerçəklədi: dağlarda sulu qar gözlənilir
15:28 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kür vadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək.
BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən
Sputnik Azərbaycan-a verilən xəbərə görə, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Yağış gündüz tədricən kəsiləcək.
Sentyabrın 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.