CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kürəkən qayınata və qayınanasının üzərinə benzin töküb odlayıb

© AFP 2023 / FRED DUFOUR Мужчина в наручниках в полицейском участке, фото из архива
 Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.09.2021
Abunə olmaq
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb. Nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0