CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərb bölgəsinə dolu düşüb, çaylarda sel müşahidə olunub

© Sputnik / Ilham MustafayevТуман в селе Чайкенд, фото из архива
Туман в селе Чайкенд, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Hazırda qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə edilir. Gədəbəy RİH–dən bildiriblər ki, təbiət hadisəsi ilə əlaqədar hər hansı fəsad barədə məlumat daxil olmayıb.
BAKI, 17 sentyabr - Sputnik. Bu gün səhər saatlarından başlayaraq qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə edilib. Sputnik Azərbaycan-ən bölgə müxbirinin verdiyi xəbərə görə, temperatur 5-10 dərəcə aşağı düşüb.
Dağlıq ərazilərə, əsasən Gədəbəy və Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb.
Gədəbəy rayonunun Novo-İvanovka, Novo-Saratovka, Böyük Qaramurad kəndlərinə kiçik ölçülü dolu müşahidə olunub. Təsərrüfatlara ciddi ziyan dəymədiyi bildirilir.
© Sputnik / Ilham Mustafayev
Qərb bölgəsində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Qərb bölgəsində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Qərb bölgəsində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Hazırda qərb rayonlarında yağıntılı hava şəraiti müşahidə edilir. Gədəbəy RİH–dən bildiriblər ki, təbiət hadisəsi ilə əlaqədar hər hansı fəsad barədə məlumat daxil olmayıb.
Qeyd edək ki Tovuzun dağ kəndləri olan Kirən, Əhmədabad, Yanıxlı və Əsrik Cırdaxan kəndlərində də leysan yağıb, bəzi kəndlərdə isə xırda həcmli dolu qeydə alınıb. Hazırda qeyri-sabir hava şəraiti davam edir.
Həmçinin oxuyun:
Sabah özünüzlə çətir götürməyi unutmayın!
Xəbər lenti
0