https://sputnik.az/20210913/Bak-metrosu-gclndirilmi-i-rejimin-keir--427910462.html
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
Sputnik Azərbaycan
Metropolitenin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək, texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T16:11+0400
2021-09-13T16:11+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
metropoliten
bakı metropoliteni
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_0:320:3072:2048_1920x0_80_0_0_659e279fa5918585573e5d0075aab9bb.jpg
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.Qeyd olunur ki, Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Pik saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May" sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər" və "Dərnəgül" stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək:Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq. Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq bu ilin 31 may tarixindən etibarən "Bakı Metropoliteni" QSC yenidən sərnişinlərin istismarına verilib.Həmçinin oxuyun:Karantin uzadıldı, avqustda da həftəsonları marşrut və metro işləməyəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_284:0:3015:2048_1920x0_80_0_0_1628e52dd9fd53605396096e672b7e3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, metropoliten, bakı metropoliteni, azərbaycan
xəbərlər, metropoliten, bakı metropoliteni, azərbaycan
Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir
16:11 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Metropolitenin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək, texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək.
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Qeyd olunur ki, Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Pik saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May" sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May" stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər" və "Dərnəgül" stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək:
"Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, pik hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq".
Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq. Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.
Xatırladaq ki, pandemiya ilə əlaqədar olaraq bu ilin 31 may tarixindən etibarən "Bakı Metropoliteni" QSC yenidən sərnişinlərin istismarına verilib.