CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək?

© AR Ministry of EducationMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Nazirin müşaviri deyib ki, vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur.
BAKI, 9 sentyabr — Sputnik. Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyi məsələsi ilə bağlı açıqlama verib.
Məsələ ilə bağlı bu gün keçirilən brifinqdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə müzakirələr gedir: “Vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur. Hətta məsələ ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlanır”.
O, qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq. Bəzi müəssisələrdə peyvəndlənmə icbaridir. Çünki burada insanlar böyük kütləylə işləyirlər. Hesab edirik ki, təhsil müəssisələri də bu siyahıya aiddir. Nəzərə alaq ki, təhsil işçilərinin böyük əksəriyyəti yaşlı insanlardır. Onların sağlamlıqlarını düşünürək bu qərarı vermişik”.
 
Xəbər lenti
0