22:15 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
42 0 0

Həkim Dmitri Karpenko bildirib ki, əzalarda yaranan arabir sancma və keyləşmə insult və ya infarkt olduğunu göstərir.

BAKI, 1 sentyabr — Sputnik. İnfarkt və ya insultun yaranmasını qaçırmamaq üçün yorğunluq, ya da yaşla bağlı nasazlıq əlamətləri ilə qarışdırıla biləcək vəziyyətə diqqət yetirmək lazımdır.

Bu barədə rusiyalılara Piroqov adına Federal Dövlət Səyyar Təhsil Müəssisəsinin Rusiya Milli Tədqiqat Tibb Universitetinin müalicə fakültəsinin poliklinika terapiyası kafedrasının dosenti, həkim-terapevt Dmitri Karpenko "Arqumentlər və Faktlar"da məlumat verib.

Mütəxəssisin sözlərinə görə, infarkt və insult baş verəndə insanlar bədəndə arabir sancma hiss edirlər, bu da vücudun keyləşməsi ilə nəticələnə bilər. Bir çox insanlar üz nahiyəsinin, əl və ayaqların, ümumiyyətlə bədənin bir hissəsinin zəifliyi və keyləşməsindən şikayətlənirlər.

Həmçinin bu xəstəlik gəzinti və tarazlıq problemləri, şüurun qəfil qarışıqlığı və çox şiddətli baş ağrısı ilə də başlaya bilər. Bütün bu əlamətlər həkimə müraciət etməyin zəruriliyini göstərir.

Bu yaxınlarda rusiyalılara məlumat verilib ki, kiçik bir işemik insult baş ağrısı ilə insanları yanılda bilər.

N.N.Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin Klinik və Eksperimental Radiologiya Elmi -Tədqiqat İnstitutunun baş həkimi Yekaterina Kobyakovanın sözlərinə görə, bu vəziyyətdə insan ağrının harada baş verdiyini müəyyənləşdirməkdə çətinlik çəkəcək.

Kiçik bir insultda insan əzələ zəifliyini hiss edir və hər hansı bir hərəkətin edilməsində əziyyətlə üzləşir. Bundan əlavə, bu vəziyyət apatiya, başgicəllənmə, yüksək arterial təzyiq və yaddaş pozğunluğu ilə müşayiət olunur. Həkim onu da qeyd edib ki, baş ağrısı xoşxassəli və bədxassəli beyin şişlərinin olmasını da göstərə bilər.

Həmçinin oxuyun:

Pasiyent böyrək əməliyyatı zamanı beyin infarktı keçirib: məşhur cərrah məhkəməyə verildi

Mütəmadi olaraq qan vermək infarkt və xərçəng riskini azaldır

Əsas mövzular