22:04 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
12 0 0

Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin  Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

BAKI, 25 avqust — Sputnik. Azərbaycanın bəzi şimali-qərb rayonlarında təbii qaz təchizatında fasilələr olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar 25.08.2021-ci il tarixdə saat 15:00-dan 26.08.2021-ci il tarixədək 2 (iki) gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha sonra qeyd olunub ki, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin  Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir. Abonentlərdən anlayışlı olmalarını xahiş edirik.

Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Həmçinin oxuyun:

Yeni şəffaf qaz sayğacı qutuları ödənişlidirmi?

Teqlər:
qaz, Kəmər, fasilə

Əsas mövzular