20:44 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
10 0 0

Nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

BAKI, 24 avqust — Sputnik. Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

  • Müdafiə nazirinin müavini Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının təntənəli açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə nazirinin müavini Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının təntənəli açılış mərasimində
    © AR Ministry of Defence
  • “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının təntənəli açılış mərasimi
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Müdafiə nazirinin müavini Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının təntənəli açılış mərasimində

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, nazir müavini, həmçinin Alabino hərbi poliqonunda keçirilən  “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularla görüşüb və yarışlarda onlara uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində yaradılan  “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olan nazir müavini yaradıcı kollektivə uğurlar diləyib.

Eləcə də oxuyun:

Teqlər:
Müdafiə Nazirliyi, Rusiya, müsabiqə, nazir müavini, video, hərbçilər

Əsas mövzular