CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş keçirilib

© AR Ministry of DefenceAzərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş
Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Kontr-admiral Əbdülvahab Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.
BAKI, 22 avqust - Sputnik. İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) şimal donanmasının  komandanı kontr-admiral Əbdülvahab Tahirinin və Azərbaycan HDQ komandanın müavini birinci dərəcəli kapitan Həbib Xəlilovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Görüşdə "Beynəlxalq Ordu Oyunları - 2021"   yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ə.Tahiri azərbaycanlı nümayəndə heyətini İranda görməkdən məmnunluğunu ifadə edib, ölkəmizə bu yarışda müvəffəqiyyətlər arzulayıb.
Birinci dərəcəli kapitan H.Xəlilov "Dəniz Kuboku" müsabiqəsinin bu il İran İslam Respublikasında təşkil olunmasına görə iranlı həmkarına təşəkkürünü bildirib. Yarışın iştirakçı ölkələr arasında dostluq münasibətlərinin daha da artırılması məqsədi ilə keçirildiyi vurğulayıb.
Eləcə də oxuyun:
Azərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edirlər
 
Hərbçilərimizin “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir
 
Müdafiə naziri “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib - VİDEO
Xəbər lenti
0