02:17 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
13 0 0

Pirallahı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakinləri müəyyən edilərək saxlanılıb.

BAKI, 21 avqust — Sputnik. Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Vüsal Alyarov və 1990-cu il təvəllüdlü Azad Namazov müəyyən edilərək saxlanılıb. Üzərlərinə baxış zamanı onlardan narkotik və psixotrop maddələr olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.

Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Həmçinin oxuyun:

Teqlər:
narkotik, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi

Əsas mövzular