19:04 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
13 0 0

Tuqay İsmayılov son dövrlərdə səsləndirdiyi ifalarla böyük populyarlıq qazanmışdı. Mərhum xanəndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsini bitirib.

BAKI, 19 avqust — Sputnik. Gənc xanəndə Tuqay İsmayılov vəfat edib. Bu barədə sənətçinin yaxınları "Facebook" hesabında məlumat verib. Onun koronavirus səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Tuqay İsmayılov son dövrlərdə səsləndirdiyi ifalarla böyük populyarlıq qazanmışdı. Mərhum xanəndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsini bitirib.

Qeyd edək ki, dünyanı cənginə alan koronavirus sənət adamlarından da yan keçməyib. Xalq artisti Teymur Mustafayev, Arif Quliyev, Əməkdar artist Baloğlan Əşrəfov, Xalq artisti Sabir Əliyev, Xalq artisti Rəmiş (Rafiq Hüseynov), Azərbaycan əsilli görkəmli rəssam və memar, professor Eldar Zeynalov və Xalq artisti Səməd Səmədov koronavirusun qurbanı olublar.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun:

Teqlər:
COVID-19, Koronavirus, xanəndə

Əsas mövzular