BAKI, 28 iyul — Sputnik. Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə təqsirləndirilən erməni yaraqlıları Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslər - Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin hər ikisinin 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirlilən şəxslərin cəzasının 10 ilini həbsxanada, 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi istənilib.
Prokurorun çıxışından sonra zərərçəkən şəxslər ifadə verərək təqsirləndirilənlərin ömürlük azadlıqdan məhrum edilmələrini istəyiblər.
Proses avqustun 2-də davam etdiriləcək.
Eləcə də oxuyun:
-
Casusluqda ittiham olunan ermənilər 15 il müddətinə azadlıqdan məhrum ediliblər
-
Ermənilər Azərbaycan hökumətinə təşəkkür etdilər: Məhkəmə qərarını verdi
-
Azərbaycanın dövlət sərhədini pozan 13 erməniyə hökm oxundu