BAKI, 28 iyul — Sputnik. İyulun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2476 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Ötən gün açıqlanan statistikaya nəzər yetirək:
Qeyd edək ki, iyulun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2218 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Həmçinin oxuyun:
Sərt yoxlama başlayıb: “COVID-19” pasportu olmayan 2345 nəfər toy şənliyinə buraxılmadı
Maskaya görə toya getməkdən imtina edənlər var - Sorğu
Azərbaycanda toy bumu: Portala minlərlə müraciət daxil olub