05:25 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
43 0 0

Bu gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”ni imzalanıb.

 

BAKI, 27 iyul — Sputnik. "Bir millət, iki dövlət" şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərləri ilk iclasının Bakıda keçiriləcəyini bildirən M.Şəntop qeyd edib ki, bu barədə qərar İslamabadda qəbul olunub. O deyib ki, əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi: "İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq".

TBMM-in sədri bildirib ki, Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur: "İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik".

Qeyd edək ki, bu gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi”ni imzalanıb.

Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysəri imzalayıb.

Eləcə də oxuyun:

Əsas mövzular