03:07 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
14 0 0

İyulun 25-dən 27-si gündüzədək  Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s,  yarımadanın bəzi yerlərində arabir 20  m/s-dək güclənəcəyi gözlənilir.

BAKI, 24 iyul - Sputnik. Azərbaycan ərazisində iyulun 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi  759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəy, lakin gecə və səhər bəzi yerlərdə   şimşək çaxacağı,  arabir yağış yağacağı gözlənilir.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 20-25°  isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  20-25° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 25-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

İyulun 25-dən 27-si gündüzədək  Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s,  yarımadanın bəzi yerlərində arabir 20  m/s-dək güclənəcəyi gözlənilir.

Teqlər:
küləkli hava, Bakı, Abşeron, hava proqnozu

Əsas mövzular