CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fermerlərin nəzərinə: Kartof sahələrini necə sığortalamaq olar?

© AFP 2024 / ARMEND NIMANIУрожай картофеля
Урожай картофеля - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Aqrar Sığorta Fondu iş adamları və fermerləri kartof sahələrini sığortalamağa çağırır. 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta haqları ilə bu materialda tanış ola bilərsiz.

 

BAKI, 22 iyul — Sputnik. Azərbaycanda əkin sahələrinin növbəti sığorta vaxtı yaxınlaşır. Artıq avqust ayının sonundan etibarən fermerlər Aqrar Sığorta Fonduna müraciət edərək taxıl və kartof əkinlərini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalaya bilərlər.

Sputnik Azərbaycan xəbər verir ki, Aqrar Sığorta Fondu iş adamları və fermerləri kartof sahələrini sığortalamağa çağırır. Təqribən 11 min manatlıq kartof məhsulu yığılan sahə üçün fermerin ödəyəcəyi sığorta haqları belədir:

Qarabağ regionunda - 73 manat

Şərqi Zəngəzur regionunda - 73 manat

Şəki-Zaqatalada - 120 manat

Lənkəran–Astara regionunda - 49 manat

Qazax–Tovuz ərazisində - 180 manat

Mərkəzi Aran rayonlarında - 59 manat

Quba-Xaçmaz bölgəsində - 49 manat

Mil–Muğan regionunda - 59 manat

Abşeron-Xızı bölgəsində - 49 manat.

Gəncə–Daşkəsən regionunda - 180 manat

Şirvan–Salyan zonasında - 59 manat

Dağlıq Şirvan bölgəsində - 46 manat

Bakıda - 49 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş "Bitkiçilik kalkulyatoru" (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Xatırladaq ki, Aqrar Sığorta Fondu Azərbaycan Prezidentinin 19 avqust 2019-cu il tarixli, 809 nömrəli fərmanı ilə yaradılıb.

Aqrar Sığorta Fondu aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə təsis edilib.

Fond öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir və müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyinin artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır.

"Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub.

Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

Aqrar Sığorta Fondunun Nizamnaməsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Xəbər lenti
0