03:27 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
13 0 0

Azərbaycan və Rusiya baş prokurorları Kamran Əliyevlə İqor Krasnov bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

BAKI, 20 iyul - Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.  

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Eləcə də oxuyun:

Teqlər:
telefon danışığı, Kamran Əliyev, Baş prokuror, Azərbaycan, Rusiya

Əsas mövzular