11:29 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
2810

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bayram günlərində əhalinin əksər hissəsi üçün əlverişsiz hava şəraiti olacaq, bəzi aran rayonlarında temperatur 44 dərəcəyə yüksələcək.

BAKI, 18 iyul - Sputnik. Azərbaycan ərazisində iyulun 19-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz  24-29° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Bayram günlərində Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Bayram günlərində çox isti olacaq

Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38°, 20-21-də bəzi yerlərdə 40°,  Respublikanın rayonlarında 35-40° isti, 20-22-də isə  bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.

 

 

 

Teqlər:
hava proqnozu, bayram günləri, isti, Azərbaycan, Bakı

Əsas mövzular