21:49 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
20 0 0

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər.

BAKI, 15 iyul — Sputnik. Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunandan sonra düşdüyü vəziyyətlə bağlı yayılan videolar nəzarətə götürülüb. Bu barədə-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib.

DİN rəsmisi qeyd edib ki, ərazi üzrə dərhal Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər:

"Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Buna baxmayaraq ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Arzu Mehtiyeva və Valeh Balacayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyən etmək üçün onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər.

Onların narkotik vasitələr alidəçisi olduqları təsdiq edilsə həmin şəxslərin məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndərilməsi təmin olunacaq. Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanda qərar qəbul ediləcək".

Qeyd edək ki, narkotik istifadəçisi qadının hər gün axşam saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirdiyinə dair məlumatı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. K.Ağazadə bildirib ki, qadın uşağının diləndiyi pulları narkotik vasitə almağa sərf edir: "Həm özü, həm də həyat yoldaşı bu vəziyyətdədir.

İki yaşlı uşaq təhlükəli durumdadır. Uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu ailənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərlə nələrsə edib. Mənim narahatlığım iki yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, demək ki, ora gələnlərlə yanğını evdə çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin...".

Əsas mövzular