12:45 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
50 0 0

Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsər arasında Xanlar Əhmədovun işi qalib olub.

BAKI, 3 iyul — Sputnik. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəli hazırdır. Bu barədə Sputnik Azərbaycan-a heykəlin müəllifi rəssam-heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

"Ötən ilin Novruz bayramında artıq hazır idi. Lakin pandemiya və müharibənin başlanması səbəbindən heykəlin qoyulması yubanıb. Sözügedən heykəl 6-7 aya hazırlanıb. Heykəlin hündürlü təxminən 2 metr yarım olacaq. Tuncdan hazırlanıb", - deyə Əhmədov bildirib.

X.Əhmədov heykəlin iki ay ərzində təyin olunmuş yerdə - paytaxtdakı "İçərişəhər" metro stansiyasının yanında ucaldılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Məlumat üçün bildirək ki, əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltəraşlıq nominasiyasında Milli "Humay" mükafatı alıb. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı olub.

Teqlər:
heykəl, Heydər Əliyev Fondu, Xocalı faciəsi, heykəltəraş

Əsas mövzular