03:01 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda toylar (35)
35 0 0

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi monitorinqlər zamanı restoranlarda pozuntular aşkarlayıb.

BAKI, 1 iyul — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 30-da ölkə üzrə 424 ictimai iaşə obyektində 740 monitorinq keçirilib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, Nobel pr., ev 15 ünvanında yerləşən, fiziki şəxs Kaya Orhana məxsus "Sahne" restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Xəqani 10 ünvanında yerləşən, fiziki şəxs Ak Özerol MMC-yə məxsus "Prive Steak House" restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rəsul Rza 16 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Səyyada məxsus "Kabab house" kafesi;

4. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda yerləşən, fiziki şəxs Məmmədov Kamran İmran oğluna məxsus "Neptun" restoranı.

Qeyd edək ki, keçən monitorinqdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 434 ictimai iaşə obyektində 736 reyd keçirmişdi. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunaraq cərimələnmişdi.

Toy qadağasını götürdülər

Xatırladaq ki, dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi daxil idi. Bu yaxınlarda - iyunun 22-də "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Şənliklər necə keçirilməlidir

İyunun 22-də "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən müəyyən tələblər daxilində toyların keçirilməsinə icazə verilir.

Mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir. Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdirilib.

Eləcə də oxuyun:

 

Mövzu:
Azərbaycanda toylar (35)
Teqlər:
toy, cərimə, AQTA

Əsas mövzular