CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - Siyahı

© Sputnik / Murad OrujovКупюра номиналом в 100 AZN, фото из архива
Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Medianın İnkişafı Agentliyi maliyyə yardımı göstərilən qəzet və saytların adlarını açıqlayıb. Media resurslarına 3000 manatdan 15 min manatadək pul ayrılacaq.

BAKI, 1 iyul — Sputnik. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası subyektləri üçün təşkil edilən müsabiqə nəticələri açıqlanıb. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, MEDİA tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri ilə buradan tanış ola bilərsiniz.

Həmçinin MEDİA tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi may ayının 1-də çap və onlayn mediaya dəstək layihəsi elan edib. Müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri iştirak edə bilər. Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

İctimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə Qaydalarda göstərilən sahələrdən hər hansı bir üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər. İdman məzmunlu informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) isə Agentlik tərəfindən maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.

Maliyyə yardımı göstərilən dövr ərzində onlayn media subyektinin (veb-saytın) müvafiq sayda işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir. Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış onlayn media subyekti (veb-sayt) həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.

Çap mediaya maliyyə yardımının göstərilməsi qaydalarına görə isə həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır. Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər. Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir. Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur.

Eləcə də oxuyun:

Xəbər lenti
0