CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlandı

© AFP 2024 / OZAN KOSEЦентр Гейдара Алиева в Баку, фото из архива
Центр Гейдара Алиева в Баку, фото из архива  - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova havanın dəyişəcəyini, dağlıq ərazilərdə temperaturun 28 dərəcə olacağını bildirib.

BAKI, 1 iyul — Sputnik. Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq.

"Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq".

Qeyri-sabit hava şəraiti

Azərbaycan ərazisində bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Bakı və Abşeron yarımadasında, aran rayonlarında günlərdir havanın temperaturu 40-43 dərəcə Selsi arasında dəyişir, ölkənin qərb, şimal-qərb rayonlarında, dağlıq ərazilərdə isə külək və yağış müşahidə olunur. 

Samux rayonunda iyunun 27-də Qarayeri, Sərkar, Ziyadlı, Qovlarsarı, Kolayır və bir neçə digər kəndində güclü külək elektrik enerjisinin verilişində fasilə yaratmışdı. Bundan başqa, ağaclar gövdəsindən qırılaraq yolun hərəkət hissəsinə və ətrafa düşmüşdü.

 

İyunun 30-da isə güclü külək Gəncənin məşhur Xan bağında irigövdəli nəhəng çinar ağacı parkın ərazisinə aşırıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Güclənən külək həmçinin Bayraq meydanı, Gəncə Qala qapıları, Heydər Əliyev prospekti, Fikrət Əmirov parkı, Gülüstan yolu və Şah İsmayıl Xətai prospektində bir neçə ağacı sındırıb.

Xəbər lenti
0