CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanla İran arasında aviareyslər bərpa olunur?

© AFP 2023 / PASCAL PAVANIIran Air aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli
Iran Air aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
İranın Azərbaycandakı səfiri hər iki ölkədə koronavirusa yoluxmanın azaldığını vurğulayaraq, aviareyslərin bərpası istiqamətində danışıqların aparıldığını bildirib.

 

BAKI, 28 iyun — Sputnik. “Azərbaycan tərəfi ilə son vaxtlar aparılan danışıqlarda İranla Azərbaycan arasında aviareyslərin açılmasını müzakirə etmişik”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Report”a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.

O bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların sayı nəzərəçarpacaq dərəcədə azalıb: “İranda da virusa yoluxanların sayında azalma müşahidə edilib”.

Qeyd edək ki, Azərbaycanla İran arasında sərhədlər 2020-ci ilin fevralından bağlıdır.

Ölkəyə gələnlər azalıb

Xatırladaq ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında İrandan Azərbaycana gələnlərin sayı 1,2 dəfə azalıb.

Aviauçuşlar

Azərbaycanda avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

Azərbaycan ərazisinə Rusiya və Türkiyə (iyunun 10-dan) ilə yanaşı, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən (iyunun 21-dən) uçuşlara icazə verilir.

Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq. Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.

Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb. 

İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə - şənbə günləri gerçəkləşəcək.

Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.

Eləcə də oxuyun:

  • Bakı-Moskva aviareyslərinin sayı bu gündən artırılır
  • Bakıda təyyarə məcburən anqara qayıtdı

  • Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır

  • Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib - Yeni qərar

Xəbər lenti
0