21:53 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
13 0 0

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

BAKI, 12 iyun – Sputnik. Azərbaycan ərazisində iyunun 13-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 isti, gündüz  25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək,nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

İyunun 13-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 8-13 isti, gündüz 16-21 dərəcə isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Teqlər:
hava proqnozu, Bakı, Abşeron, dəniz, rayonlar, külək

Əsas mövzular