BAKI, 7 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində həftə sonları ictimai nəqliyyatın fəaliyyəti bir qayda olaraq məhdudlaşdırılır.