CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabunçuda törədilmiş ağır cinayətin üstü açılıb

© AR Ministry of Internal AffairsСотрудник МВД Азербайджана, фото из архива
Сотрудник МВД Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb

BAKI, 3 iyun — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində aşkar olmayan şəraitdə törədilən ağır cinayətin açılması təmin edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatı olaraq Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.

Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eləcə də oxuyun:

  • Bakıda hakim arvadını qətlə yetirdi

  •  Səfirlik Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı barədə məlumat yayıb

Xəbər lenti
0