21:16 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
30

"Məsələ ilə əlaqədar olaraq Sosial Xidmətlər Agentliyinə müraciət etmişik. Artıq qadının sığınacağa yerləşdirilməsi istiqamətində müvafiq işlərə başlanılıb", - Kəmalə Ağazadə. 

Sputnik, Nigar İsgəndərova

BAKI, 2 iyun — Sputnik. Daxili İşlər Nazirliyi ahıl qadının tövlədə bağlı vəziyyətdə saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalarla həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayonunun İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğu müəyyən edilib.

Nazirlikdən bildirilib ki, polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər.

Qeyd edək ki, hazırda ahıl qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək.

Xatırladaq ki, artıq bir neçə gündür yaşı 80-dan yuxarı olan qadının sosial şəbəkələrdə yayılan videosu rezonansa səbəb olub. Bununla bağlı "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, qadının həyat tərzi günü-gündən daha da ağırlaşıb.

Belə ki, K.Ağzadə bir neçə gün öncəki paylaşımında ahıl qadının başqası tərəfindən aldadılaraq pensiya kartının əlindən alındığını, həmin şəxs tərəfindən döyüldüyü ilə bağlı məlumat paylaşmışdı. AUB sədri bununla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etsə də, hazırda qadının durumu daha da ağır olaraq qalır. Ahıl qadın hazırda tövlədə zəncirlənmiş vəziyyətdə saxlanılır.

"Məsələ ilə əlaqədar olaraq Sosial Xidmətlər Agentliyinə müraciət etmişik. Artıq qadının Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq işlər aparılır", - deyə Ağazadə bildirib. 

 

Əsas mövzular