CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

© Sputnik / Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Əliağa Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

 

BAKI, 1 iyun — Sputnik. Sabah Bakının Əliağa Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb. Məlumata görə, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək.

81 nömrəli marşrut Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə, 36 nömrəli marşrut isə Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək.

Bakının bəzi küçələri mayın 31-dən bağlanıb

"Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək dayandırılacaq.

Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində 22 müntəzəm marşrut xətti üzrə - 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 59, 61, 65, 77, 88, 125, 127, 205, M3 və M7 nömrəli- avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsi ilə əldə etmək mümkündür. (http://www.bna.az/az/news/1318) Digər dəyişikləri isə BŞH-nin internet səhifəsindən www.bakucitycircuit.com əldə edə bilərsiniz.

Eləcə də oxuyun:

  • BNA-dan xəbərdarlıq: Səkkiz gün ərzində paytaxtın bəzi küçələrində hərəkət dayandırılacaq

  • "Formula 1" yarışları zamanı Bakı - harada hərəkət sərbəstdir?

     

Xəbər lenti
0