22:27 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
3131

Kəmalə Ağazadə bildirir ki, zorakılıq qurbanı olan uşaq eyni zamanda da cinsi zorakılıq, insan alverinin qurbanıdır.

BAKI, 27 may — Sputnik. "Bu gün əsas diqqəti zorakılığa məruz qalan uşaqlara yönəltməliyik. Bu kimi hallar öncələr də olub, sadəcə olaraq indi bu kimi halların üzə çıxması artıb. Baxın, bir neçə gün öncə səfil həyat yaşayan 4 azyaşlını aşkarladıq. Bununla bağlı dövlət qurumlarına məlumat verdik, onlar da səsimizə səs verdi. Artıq Baş Prokurorluq tərəfindən həmin qadının valideynlik hüququndan məhrumedilməsi istiqamətində işlərə başlanılıb". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bu gün 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sputnik Azərbaycan-ın sosial şəbəkəsi vasitəsi ilə təşkil olunan canlı yayım zamanı deyib.

O, valideynlik hüququndan məhrumedilmə ilə bağlı rəqəmlərin olmadığından danışıb: "Valideynlik hüququndan məhrumetmə ilə bağlı nə qədər rəqəm var? Boşanma olduqda, alimentin verilməməsi ilə bağlı valideynlik hüququndan məhrumetmə var. Lakin biz uşaqların yaşadıqları travmalara nəzər yetirdikdə daha böyük cinayətlərlə qarşılaşacağıq. "Nə etməliyik?" sualına cavab olaraq əsas onu qeyd edə bilərəm ki, İcra Hakimiyyətləri yanında Qəyyumluq Komissiyasının fəallığı artırılmalıdır. Bu qəyyumluq komissiyalarının tərkibində sosial işçilər varmı? Xeyr. Bəs, bunun üçün nə edilməlidir? Komissiyanın işçi heyətinin sayı artırılmalı, səlahiyyətləri genişləndirilməlidir".

O bildirir ki, zorakılıq qurbanı olan uşaq eyni zamanda da cinsi zorakılıq, insan alverinin qurbanıdır: "Valideyn düşünürsə ki, uşaq mənimdir, nə istəsəm edərəm, yox. Bu düzgün yanaşma deyil.  Belə valideynlər nəsə olan kimi hər dəfə də deyir ki, benzini töküb özümü də, uşağı da öldürəcəyəm. Bəzi hallarda aparılan araşdırmalar zamanı faktlar ört-basdır edilir. Hər kəs bilməlidir ki, uşaq təkcə valideynə aid deyil".

Həmçinin oxuyun:

Zorakılığa məruz qaldığı iddia edilən uşaqlarla bağlı iş görülür - Kəmalə Ağazadə

Əsas mövzular