CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni kompensasiya növü müəyyənləşir

© Sputnik / Murad OrujovАзербайджанские манаты, фото из архива
Азербайджанские манаты, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Məşğulluq haqqında" qanunun 24-cü maddəsinə (Özünüməşğulluğa kömək göstərilməsi) dəyişiklik edilir. Təklif edilən dəyişikliyə əsasən, qanuna iki yeni maddə əlavə olunur

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. "Məşğulluq haqqında" qanunun 24-cü maddəsinə (Özünüməşğulluğa kömək göstərilməsi) dəyişiklik edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif edilən dəyişikliyə əsasən, qanuna iki yeni maddə əlavə edilir.

Həmin əlavəyə görə, özünəməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərə nəqliyyat xərcləri üçün kompensasiya ödəniləcək. Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün "İşsizlikdən sığorta haqqında" qanunun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcək.

Digər dəyişikliyə görə, bu qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı "İşsizlikdən sığorta haqqında" qanunun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, dəyişiklik Milli Məclisin mayın 21-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Eləcə də oxuyun:

Milli Məclisin iclası keçiriləcək

Azərbaycanda işsizliyin əsas səbəbləri - Nələrə ehtiyac var?

İşsiz vətəndaşlar, bu dəfə dövlət qurumları sizi axtaracaq

 

Xəbər lenti
0