CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşada magistral su kəmərinin ilk hissəsinin tikintisinə başlanılıb

© © Photo: AZERSUПрокладка сети водоснабжения в Шушу
Прокладка сети водоснабжения в Шушу - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
"Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək" - Anar Cəbrayıllı.

BAKI, 7 may — Sputnik. Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən Tədbirlər Planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlamışıq.

В окрестностях города Шуша - Sputnik Azərbaycan, 1920, 03.05.2021
İşğaldan azad edilən ərazilərdə "yaşıl enerji" zonası yaradılır

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Qurum rəsmisi deyib ki, "Zəfər yolu"nun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür.

"Tədbirlər Planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan 3 su anbarının tikintisi daxildir. Bütün bu işlərin görülməsi üçün vəsait ayrılıb".

A.Cəbrayıllı qeyd edib ki, Tədbirlər Planına daxil olacaq işlər cari il ərzində icra ediləcək: "Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir.

Sabiq səfir: Türkiyə Şuşada konsulluq açacaq>>

Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Amma yeni layihədə suqəbuledici kameralar yenidən qurulacaq, bu, mənbələri əlaqələndirəcək. Beləliklə, hər iki kəmərdən su həmin kameraya qəbul ediləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək. Yeni polad magistral kəmər yeyinti sənayesində istifadə edilən xüsusi boyalarla daxildən boyanır, üzəri isə karroziyaya qarşı izolyasiya olunur. Bu, həm keyfiyyətli və təhlükəsiz su təminatına, həm də boruların uzunmüddətli istismarına imkan verəcək".

Xəbər lenti
0