13:53 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
4283

O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirmişdi.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Bakıda başına daş piltəsi düşən 14 yaşlı Əli Şabanov dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Əli Şabanovun yaxınları məlumat veriblər. Hazırda uşağın nəşi evlərinə aparılır.

© Photo : Courtesy of Mais Shabanov
Əli Şabanov

Məlumat üçün bildirək ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Aprelin 30-da axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan, 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirmişdi.

Teqlər:
Bakı, daş, həlak, uşaq

Əsas mövzular