12:05 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
1293 0 0

Mingəçevirdə yaşayan Raya Həsənli, Türkiyənin İzmir şəhərində keçirilən 24 ölkənin qatıldığı “Buca İmsef” beynəlxalq elm müsabiqəsində gümüş medal qazanıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Müasir dövrdə yetişən gənclər daha çox kompüter, texnologiya sahəsini seçib ali təhsillərini həmin istiqamətə yönəldirlər. Amma Mingəçevirdə yaşayan Raya Həsənli fərqli düşünür. O, biologiya fənnini mükəmməl öyrənib, gələcəkdə bu ixtisas üzrə müəllim olmağı planlaşdırır. R.Həsənli hazırda Mingəçevir şəhər Səməd Vurğun adına tam orta məktəbin 11-i sinifində oxuyur. Şəhər sakini kiçik yaşlarından biologiya fənninə maraq göstərərək, müxtəlif  bilik yarışmlarına qatılıb. Sputnik Azərbaycan xəbər verir ki, onun növbəti uğuru Türkiyənin İzmir şəhərində keçirilən “Buca İmsef” beynəlxalq elm müsabiqəsində reallaşıb. Gənc qızın hazırladığı layihə gümüş medala layiq görülüb. Raya Həsənli Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində daha çox Abşeron yarmadasında yabanı şəkildə bitən acı badamdan, müalicəvi yağ aldığını deyib:

“Mingəçevirdə bu bitkiyə demək olar ki, rast gəlinmir. Acı badam əsasən Bakı, Abşeronda yabanı halda bitir. Onu adi halda yemək zəhərlənməyə səbəb ola bilər. Amma onun yağı daha faydalıdır, müləcəvidir. Mənim hazırladığım qurğu vasitəsi ilə, 4 kiloqram acı badam və 6 kiloqram qarışıq əlavə etməklə 80 faiz çıxımla yağ almaq mümkündür. Mən istəyirəm ki, ölkəmizdə bu yağı özümüz hazırlayaq, xaricdən gətirilməsin. Uşaqlıqdan biologiyaya həvəsim böyük idi. Ona görə bu layihəni təqdim etdim və İzmirdə keçirilən beynəlxalq elm müsabiqəsində gümüş medala layiq görüldüm. Xəbəri eşidəndə çox sevindim, özümdən asılı olmadan bərk qışqırdım”.

  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı
    © Sputnik / Rahim Mammadov
1 / 6
© Sputnik / Rahim Mammadov
Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı

Türkiyədə keçiilən beynəlxalq elm müsabiqəsində Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəni ingilis dilində təqdim edib. Mingəçevir məktəblisi dünyanın 24 ölkəsindən 74, Türkiyənin isə 27 şəhərindən 90 layihə sırasında final mərhələsinə vəsiqə qazana bilib. Gənc qızın bu uğuruna hər kəs sevinir. Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində Sevinc Həsənova qızının hələ kiçik yaşlarından biologiyaya maraq göstərdiyini və bu fənn üzrə müəllimlik peşəsinə yiyələnmək arzusunda olduğunu deyib:

“Övladımın Türkiyədə qazandığı uğur hər kəsi sevindirdi. Qızım biologiya fənninə çox bağlıdır. Hələ uşaq yaşlarından həmin kitab əlindən düşmürdü. Özünün bir neçə araşdırması vardı, ötən tədris ilində isə Sabahın alimləri layihəsinə qatılıb. Bundan başqa respubilka səviyyəsində bilogiya istiqamətli layihələrə qoşularaq uğurlu nəticələr əldə etməyə çalışır. Məqsədi də bilogiya müəllimi olmaqdır, məndə seçiminə mane olmuram. Həvəsi çox böyükdür həmin ixtisasa. İnşallah arzusuna çatar.”

© Sputnik / Rahim Mammadov
Mingəçevirli məktəbli beynəlxalq elm müsabiqəsində uğur qazandı

Qeyd edək ki, Raya Həsənli “Tullantıdan möcüzəyə” adlı layihəsini AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirib. Onun elmi rəhbərləri kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçi Mirəli İsakov, anası həm də müəllimi Sevinc Həsənova olub. 

Əsas mövzular