11:22 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
4 0 0

Vüsal Kərimli qeyd edib ki, ümumilikdə avtobus parkının 46%-i yenilənib. Hazırda xətdə olan avtobusların 74 faizi CNG ilə işləyir.

BAKI, 28 aprel — Sputnik. Ötən il ictimai nəqliyyatda 119 avtobus yenilənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında  Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli söyləyib. Onun sözlərinə görə, bunlardan 115-i dövlət, 4-ü özəl sektorun payına düşür. 2015-ci ildən bu günədək isə 968 avtobus yenilənib. Bunlardan 724-ü dövlət, 244-ü özəl sektoru əhatə edir. V. Kərimli qeyd edib ki, ümumilikdə avtobus parkının 46%-i yenilənib. Hazırda xətdə olan avtobusların 74 faizi CNG ilə işləyir.

Yeni avtobuslarla gündəlik orta hesabla 630 mindən çox sərnişin daşınır.

Teqlər:
park, avtobus

Əsas mövzular