CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Arif Quliyevin videogörüntüsünü paylaşan tibb işçisi cəzalandırıldı

© Photo : APAXalq artisti Arif Quliyev
Xalq artisti Arif Quliyev - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
@Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb@.

 

BAKI, 27 aprel — Sputnik. Sosial şəbəkələrdə və KİV-də "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri yayılıb.

Bununla bağlı "Yeni klinika"dan "Report"a bildirilib ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya şöbəsinə mobil telefonla giriş qadağandır.

"Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq, hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib", - deyə "Yeni Klinika"dan bildirilib.

Xəbər lenti
0