BAKI, 26 aprel — Sputnik. Paytaxtda təmir işləri ilə əlaqədar iki marşrut üzrə avtobusların hərəkəti sxemi dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçə ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.